Futbol üzrə qadınlardan ibarət A milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsində aprelin 9-da keçirilməli olan Polşa–Azərbaycan oyunu koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınmışdı.
NUHÇIXAN İnformasiya Agentliyi AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA tərəfindən təsdiq olunmuş təqvimə əsasən, həmin qarşılaşmanın oktyabrın 23-də, həmçinin iyunun 5-də keçirilməli olan Çexiya–Azərbaycan görüşünün oktyabrın 27-də təşkil olunmasına qərar verilib.
Oyunların keçiriləcəyi stadionlar və başlanma saatı hələ müəyyənləşməyib.