Kriştiano Ronaldo dünyanın ən çox qazanan futbolçusu seçilib

A- A A+

İtaliyanın “Yuventus” futbol klubunun hücumçusu Kriştiano Ronaldo “Forbes”in son reytinqinə görə, dünyanın ən çox qazanan futbolçusu seçilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, portuqaliyalı hücumçu 2019-cu il iyunun 1-dən 2020-ci il iyunun 1-dək 105 milyon dollar qazanıb. Bu məbləğin 60 milyonunu maaş və mükafatlar, 45 milyonunu reklam gəlirləri təşkil edib. Ronaldo ən çox qazanan idmançıların reytinqində isə təkcə tennisçi Rocer Federerdən geri qalaraq ikinci olub.
Ən çox qazanan futbolçuların siyahısında Lionel Messi (“Barselona”, 104 milyon) ikinci, Neymar isə (PSJ, 95,5 milyon) üçüncü olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: