“Bavariya” Bundersliqada növbəti dəfə böyük hesabla qələbə qazanıb - FOTOLAR

A- A A+

Mayın 30-da Almaniya Bundesliqasının 29-cu turunun matçında paytaxt təmsilçisi “Bavariya” klubu Düsseldorfun “Fortuna” komandasını qəbul edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görüş Münhenin “Alyans-Arena” stadionunda baş tutub və meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesab 15-ci dəqiqədə açılıb. “Fortuna”nın müdafiəçisi Matias Zanka Yorqensen topu öz qapısına göndərib - 1:0. Fasiləyə qədər “Bavariya”nın üstünlüyünü müdafiəçi Benjamen Pavar və hücumçu Robert Levandovski artırıb - 3:0.

R.Levandovski ikinci hissənin əvvəlində dubl edib - 4:0. Oyunda iki dəqiqə sonra münhenlilərin yarımmüdafiəçisi Alfonso Devis fərqlənib - 5:0.

Hazırda “Bavariya” 67 xal yığaraq, Almaniya çempionatının yarış cədvəlinə başçılıq edir. “Fortuna” isə 27 xalla turnir cədvəlində 16-cı yer tutur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: