İtaliya çempionatında matçlar həftənin hər gününü əhatə edəcək

A- A A+

İtaliya çempionatının bərpasından sonra matçlar həftənin hər gününü əhatə edəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu addım mövsümü avqustun 2-də başa çatdırmaq məqsədilə atılır.

İyunun 20-də bərpa olunacaq A seriyasının qarşılaşmalarının vaxtı televiziya şirkətləri və klubların maraqlarına uyğun müəyyənləşəcək. Görüşlər bazar ertəsi saat 22:00-da, çərşənbə axşamı, çərşənbə və cümə axşamları 20:00-da və 22:00-da başlayacaq. Cümə günləri yalnız bir matç olacaq ki, o da saat 22:00-da start götürəcək. Şənbə və bazar günləri isə oyunların başlaması 18:15-ə, 20:30-a və 22:45-ə nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: