UEFA “Milan” klubunu ikiillik avrokuboklardan kənarlaşdırıb

A- A A+

UEFA İtaliyanın “Milan” klubunu maliyyə “fair play” qaydalarını pozduğuna görə, iki il müddətinə avrokuboklardan kənarlaşdırıb.

NUHÇIXAN xəbər verir ki, komanda 2018-2019-cu il mövsümündə Avropa Liqasında iştirak edə bilməyəcək.

Milan təmsilçisinin əvəzinə “Atalanta” turnirdə çıxış edəcək, “Fiorentina” isə təsnifat mərhələsində mübarizə aparacaq.

“Milan” Avropa Liqasından uzaqlaşdırılma cəzasının ləğvi üçün UEFA-ya müraciət etsə də, istəyi baş tutmayacaq. Qitə futbol qurumu əksinə, “rossonyerlər”i böyük məbləğdə cərimələmək qərarına gəlib. Belə ki, maliyyə “fair play” qaydalarını pozduğu üçün “Milan” 30 milyon avro məbləğində cərimələnib. UEFA-nın tezliklə bunu rəsmən açıqlaması gözlənilir. Hətta qərarın kluba bildirildiyi vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: