Koronavirus pandemiyası səbəbindən dayandırılan futbol üzrə İspaniya La Liqasının başlayacağı tarix məlum olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, La Liqanın 28 və 29-cu turunun oyunlarının cədvəlinə əsasən ilk oyun 11 iyunda “Sevilya” və “Betis” arasında baş tutacaq.
14 iyunda “Real Madrid” klubu öz meydanında “Eybara”nı qəbul edəcək. Eyni gündə “Atletiko” (Madrid) “Atletik”lə (Bilbao) yaşıl meydanda görüşəcək.
“Barselona” isə 13 iyunda “Malyorka” ilə qarşılaşacaq.
Hazırda İspaniya çempionatına 58 xalla “Barselona” başçılıq edir. Aktivində 56 xal olan “Real Madrid” ikinci sıradadır. “Sevilya” isə 47 xalla üçüncü yerdədir.