Şahmatçılarımız onlayn Avropa çempionatında uğurla çıxış ediblər

A- A A+

Şahmatın rapid növü üzrə onlayn Avropa çempionatı başa çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qitə çempionatında Azərbaycan təmsilçiləri uğurla çıxış ediblər. Şahmatçılarımızdan Gülsənəm Ağayeva (A qrupu) qızların yarışında birinci, ümumi nəticədə isə ikinci olub. Elnur Mehtiyev isə C qrupunun qalibi adına layiq görülüb. Turnirin D qrupunda mübarizə aparmış şahmatçılarımız Murad İbrahimli qızıl, Abdulla Qədimbəyli gümüş medal qazanıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: