FIDE şahmatçıların yeni reytinq siyahısını açıqlayıb

A- A A+

FIDE şahmatçıların iyun ayı üçün reytinq siyahısını açıqlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, şahmatçıların mövqelərində heç bir dəyişiklik olmayıb. Belə ki, Teymur Rəcəbov (2765) 9-cu, Şəhriyar Məmmədyarov isə 11-ci pillədədir (2764).

Digər şahmatçılarımızdan Qədir Hüseynov (2665, 72-ci yer), Nicat Abasov (2664, 74-cü yer), Rauf Məmmədov (2654, 90-cı yer) ilk yüzlükdə yer alıblar.

Siyahıda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen (2863), amerikalı Fabiano Karuana (2835) və çinli Liren Dinq (2791) ilk üçlükdə qərarlaşıblar.

Qadınların reytinq cədvəlində əvvəlki kimi birinci yeri çinli Hou Yifan (2658) tutub. İkinci pillədə Hindistan şahmatçısı Humpi Koneru (2586), üçüncü yerdə isə rusiyalı Aleksandra Qoryaçkina (2582) yer alıblar.

Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2443, 29-cu yer), Gülnar Məmmədova (2382, 77-ci yer) Xanım Balacayeva (2376, 86-cı yer) ilk yüzlükdə qərarlaşıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: