İyulun 5-də futzal üzrə UEFA Çempionlar Liqasında ilkin və əsas mərhələnin püşkü atılacaq.
NUHÇIXAN xəbər verir ki, yarışın reqlamenti və qaydalarının müəyyənləşməsi ilə yanaşı, turnirin loqosu da hazırdır.
Ümumilikdə 59 klub Çempionlar Liqasında mübarizə aparacaq. Dörd ölkə ilk dəfə olaraq 2 klubla yarışda iştirak edəcək. İspaniya, Portuqaliya və Rusiya ən yüksək reytinqə sahib olduqlarına görə bu hüquqa yiyələniblər.
Qazaxıstanın iki təmsilçi ilə qatılmasında İspaniya “İnter”inin yarışın son qalibi olmasının rolu danılmazdı. Məhz bu komanda ölkəsinin çempionu olduğuna görə, Qazaxıstanın vitse-çempionu da güclülər sırasına qoşulub. Turnirin son qalibi daxili çempionatı ilk 2 pillədə başa vura bilməzsə, o zaman həmin ölkə Çempionlar Liqasında 3 komanda ilə təmsil oluna bilər. “İnter” İspaniya çempionluğunu da qazanıb və belə də bu ölkəni bu komanda ilə bərabər “Barselona” təmsil edəcək.
Püşkatma və oyun günləri:
5 iyul. İlkin və əsas mərhələnin püşkatması. Nyon. Saat 16:15
28 avqust – 2 sentyabr. İlkin mərhələnin oyun günləri
2-7 oktyabr. Əsas mərhələnin oyun günləri
12 oktyabr. Elit-raundun püşkatma mərasimi. Nyon. Saat 16:00
13-18 noyabr. Elit-raundun oyun günləri
2019-cu ilin əvvəli. Final mərhələsinin püşkatması
25 və ya 26 apreli. Yarımfinal oyunları
27 və ya 28 aprel. Final və üçüncü yer uğrunda oyun
İlkin mərhələdə 34 komandanın iştirakı gözlənilir. Buradan əsas mərhələyə 9 qrup qalibi yüksələcək. Yəni, ilkin mərhələdə çıxış edən komandalardan heç biri əsas mərhələdə iştirak etmədən elit-raunda yüksəlməyəcək.
Əsas mərhələdə isə 32 komanda yarışacaq. Püşk zamanı komandalar iki səbətə bölünəcək. A səbətində 1-dən 11-dək və 16-dan 19-dək qərarlaşan, B səbətində 12-dən 15-ə, 20-dən 22-yə və ilkin mərhələdən yüksələcək 9 komanda yer alacaq.
İştirakçılar yenə hər birində 4 komanda olmaqla eynisayda qruplara bölünəcəklər. A səbətində yer alan komandaların bölündüyü qruplardan 3, B səbətindəki komandaların qərarlaşdığı qruplardan isə ancaq birinci yerin sahibi elit-raundda iştirak etmək hüququ qazanacaq. Elit-raundda 16 komanda 4 qrupda mübarizə aparacaq. A səbətində yer alan qrupların qalibləri elit-raundda hər biri bir qrupun ilk sakini olacaq. İkinci pillədə başa vuranlar da növbəti mərhələdə püşklə düşəcəkləri qrupda ikinci yerdə qərarlaşacaq. Ancaq əsas mərhələni eyni qrupda keçirən və ilk iki pilləni tutan komandalar elit-raundda bir qrupda yer almayacaqlar. “Dördlər finalı”na isə qrup qalibləri yüksələcək.
Səbətlərin tərkibi:
İlkin mərhələ 1-ci səbət İnformatika Timişoara (Rumuniya) Mostar (Bosniya və Herseqovina) Veles (Makedoniya) Hohenstein Ernstthal (Almaniya) Record Bielsko-Biała (Polşa) Uddevalla (İsveç) Dinamo (Moldova) Vytis (Litva) Allstars Wiener Neustadt (Avstriya)
2-ci səbət Encamp (Andorra)Racing (Lüksemburq) Kosmos Tallinn (Estoniya) Murata (San Marino) Vattcell (Şotlandiya) Belfast Yunayted (Şimali İrlandiya) Vangir Jupiters (İslaniya)
3-cü səbət Çelik NK (Monteneqro) La Chaux-de-Fonds (İsveçrə) Türkiyə çempionu Makkabi Nahalat Yitzhak Tel-Aviv (İsrail) Tirana (Albaniya) Futsamba Naas (İrlandiya) Kardiff University (Uels)
4-cü səbət Kampuksen Dynamo (Finlandiya) Futsal Gentofte (Danimarka) Valletta (Malta)Varna City (Bolqarıstan) Doukas SAC (Yunanıstan) Reading Futsal Club (İngiltərə) Lynx FC (Cəbəllütariq)
5-ci səbət Leo Futsal Club (Ermənistan) Hovocubo (Hollandiya) TMC Tbilisi (Gürcüstan) Sandefjord (Norveç)
Əsas mərhələ B səbəti 6-cı səbət Nikars Riga (Latviya) Novo Vrijeme Makarska (Xorvatiya) APOEL (Kipr) Luçenec (Slovakiya)
7-ci səbət İlkin mərhələnin A qrupunun qalibi
8-ci səbət A&S Futsal Pescara (İtaliya) Araz (AZƏRBAYCAN) Aktobe (Qazaxıstan)
A səbəti 9-cu səbət Ekonomac Kragujevac (Serbiya) Halle-Gooik (Belçika) Dobovec (Sloveniya) Feniks (Kosovo)
10-cu səbət
MFC Kherson (Ukrayna) Kremlin-Bicetre United (Fransa)
11-ci səbət Sibiryak (Rusiya) EP Chrudim (Çexiya) LSM Lida (Belarus)
12-ci səbət Benfica (Portuqaliya) Kayrat (Qazaxıstan) Győr (Macarıstan)
14-cü səbət İnter FS (İspaniya) Sporting CP (Portuqaliya) Qazprom-Yuqra (Rusiya) Barselona (İspaniya)