Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, 23-24 iyun 2018-ci il tarixlərində Şirvan şəhər Olimpiya İdman Kompleksində “26 İyun-Silahlı Qüvvələrin yaranmasının 100 illiyi” münasibəti ilə 2007-2009-cu il təvəllüdlü yeniyetmələr arasında cüdo idman növü üzrə Şirvan şəhər açıq birinciliyi keçirilib.
Birincilikdə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının 3 idmançısı iştirak edib və uğurlar qazanıblar. 27 kq çəki dərəcəsində Məmmədli Qurban I yerə, Abdullayev Əmral isə III yerə layiq görülərək Şirvan Şəhər Gənclər və İdman İdarəsinin diplom və medalı ilə təltif olunublar.