Aşqabadda Ümumdünya Velosiped Gününə həsr olunmuş kütləvi tədbirlər keçirilir. İyunun 3-də Türkmənistan Prezidentı Qurbanqulu Berdiməhəmmədov “Velosiped” adlı monumentinin açılışını edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, paytaxtın cənub hissəsində ucaldılan abidə 2018-ci ildə BMT Baş Assambleyasının qətnaməsi ilə Türkmənistanın təklifini dəstəklədiyini və Ümumdünya Velosiped Gününün təsis edildiyini əbədiləşdirib.
Abidənin açılış mərasimində çıxış edən ölkə başçısı bədən tərbiyəsi və idmanın cəmiyyətin həyatındakı xüsusi rolunu qeyd edib.
Qeyd edək ki, ölkə başçısı 2021-ci ildə Aşqabadın Olimpiya şəhərciyində velosiped üzrə dünya çempionatının keçiriləcəyini açıqlayib.