Tokio Olimpiadasına qalan müddətin sayılması ilə bağlı tədbirlər ləğv olunacaq

A- A A+

Tokio Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsi yarışların başlama vaxtına qalan müddətin hesablanması ilə əlaqədar böyük tədbirləri xərclərin azaldılması məqsədilə ləğv etməyi planlaşdırır.

NUHÇIXAN İnformasiya Agentliyi Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, təşkilat komitəsinin sədri Mori Yoşiro və Tokionun qubernatoru Yuriko Koikenin iyunun 4-də keçirdiyi görüş zamanı Oyunların rasional təşkili barədə razılığa gəliblər.

Təşkilat komitəsində olan mənbələr həmçinin bildirirlər ki, müddətin hesablanması ilə bağlı tədbirlər koronavirusun yayılması təhlükəsinə görə keçirilə bilməz.

Xatırladaq ki, Yaponiya hökuməti ilə beynəlxalq Olimpiya Komitəsi arasında əldə edilən razılaşmaya əsasən, Tokioda təşkil ediləcək Olimpiya və Paralimpiya Oyunları bir il müddətinə təxirə salınıb.

Yeni cədvələ əsasən Olimpiya Oyunlarının 2021-ci il iyulun 23-də başlaması nəzərdə tutulur. Paralimpiya Oyunları isə bir ay sonra keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: