Braziliyalı Amanda Nunes kanadalı Felicia Spenceri məğlub edərək yarım yüngül çəkidə UFC (Mütləq Döyüş Çempionatı) çempionu titulunu müdafiə edib.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, “UFC 250” turnirinin əsas yarışı olan bu döyüş Las-Veqasda koronavirus pandemiyası səbəbindən boş tribunalarda keçirilib.
Braziliyalı 32 yaşlı döyüşçü, eyni zamanda, ən yüngül çəkidə UFC çempionudur. Onun aktivində 20 qələbə, 4 məğlubiyyət var. Kanadalı 29 yaşlı döyüşçü isə karyerası ərzində 8 qələbə qazanıb, 4 dəfə məğlub olub.