İcraiyyə Şurasının iclasında Beynəlxalq Olimpiya Komitəsinin sessiyasına hazırlıqlar müzakirə olunacaq

A- A A+

İyunun 10-da Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Şurasının videoformat şəklində konfransı keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi BOK-un rəsmi saytına istinadla xəbər verir ki, İcraiyyə Şurasının iclasında əvvəlcə qurumun rəhbəri Tomas Bax hesabat məruzəsi ilə çıxış edəcək. Ardınca BOK-un Koordinasiya Komissiyasının və eləcə də, “Tokio-2020”, “Pekin-2022”, “Paris-2024” Olimpiya Oyunları Təşkilat komitələrinin hesabatları dinləniləcək. Koordinasiya Komissiyasının hesabatını qurumun rəhbəri Con Kouts təqdim edəcək.

İcraiyyə Şurasının toplantısında həm də BOK-un 136-cı sessiyasına hazırlıqlar müzakirə ediləcək.

Tədbirin sonunda BOK prezidenti Tomas Bax KİV nümayəndələrinin suallarını cavablandıracaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: