İstanbul 2032-ci ildə Yay Olimpiya və Paralimpiya oyunlarına ev sahibliyi üçün namizədliyini irəli sürəcək

A- A A+

İstanbul 2032-ci ildə Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Həsən Arat Anadolu Agentliyinə açıqlamasında bildirib.

O deyib ki, Türkiyə Olimpiadanı təşkil etmək istəyindən geri addım atmaq fikrində deyil. İstanbul 2032-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizəd şəhər olacaq.

Vitse-prezident Türkiyənin koronavirus pandemiyasının öhdəsindən uğurla gəldiyini, 2020-ci ildə Yay Olimpiya Oyunlarına hazırlıq çərçivəsində infrastrukturun yaradılması ilə bağlı verdiyi vədləri yerinə yetirdiyini vurğulayıb: “Yollar, metro, hava limanı - bütün qurğuların tikintisi tamamlanıb. İstanbul hazırdır və namizəd şəhər olmalıdır. Bu barədə dövlət səviyyəsində qərar qəbul edilib”.

Qeyd edək ki, İstanbul 2020-ci ildə Yay Olimpiya Oyunlarını keçirməyə iddialı şəhər olsa da, sonda Tokio qalib gəlmişdi.

“Tokio-2020”nin iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılsa da, koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: