Tokio Olimpiadasının təşkilatçıları yarışın formatını sadələşdirmək barədə qərar veriblər

A- A A+

Koronavirusla bağlı yaranmış vəziyyətə görə 2021-ci ilə təxirə salınmış Tokio Olimpiadasının təşkilatçıları yarışın formatını sadələşdirməklə bağlı qərar veriblər.

NUHÇIXAN İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Oyunların formatının sadələşdirilməsi xərcləri azaltmaq və infeksiyanın potensial yayılmasının qarşısını almağa yönəlib.

Qeyd edək ki, bundan əvvəl “Tokio-2020”nin təşkilat komitəsinin rəhbəri Yoşiro Mori və Tokio qubernatoru Yuriko Koike koronavirus pandemiyası ilə əlaqədar oyunları sadələşdirməklə bağlı əməkdaşlıq edəcəklərini təsdiqləyiblər. Bu ərəfədə nüfuzlu “Yomiuri Shimbun” qəzeti hökumətin yarışları tam formatda keçirmək niyyətində olduğunu, lakin hələ də davam edən koronavirus pandemiyasına görə Oyunların sadələşdirilmiş variantda təşkilinin müzakirə edildiyini bildirib. Bununla əlaqədar stadionlardakı tamaşaçıların sayının azaldılacağı da qeyd edilib.

Tokio Olimpiadası 2020-ci ildə iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Koronavirus pandemiyası səbəbindən yarışlar bir il sonraya təxirə salınıb. Yarış 2021-ci ilin iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: