Koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan futbol üzrə Türkiyə Superliqası iyunun 12-də bərpa olunacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, çempionatın XXVII turuna “Fənərbağça”-Kayserispor” və “Göztəpə”-“Trabzonspor” matçı ilə start veriləcək. Bundan əlavə, turda “Başakşəhər”-“Alanyaspor”, “Beşiktaş”-“Antalyaspor”, “Yeni Malatyaspor”-“Kasımpaşa”, “Gənclərbirliyi”-“Konyaspor”, “Rizəspor”-“Qalatasaray”, “Qaziantep”-“Ankaragücü” və “Sivasspor”-“Dənizlispor” matçları keçiriləcək. Bu görüşlər iyunun 13-15-də baş tutacaq.
Türkiyə çempionatında XXVI turdan sonra “Trabzonspor” 53 xalla turnir cədvəlinin liderdir. Onunla eyni xala malik “Başakşəhər” ikincidir. “Qalatasaray” 50 xalla üçüncü, “Sivasspor” klubu isə 49 xalla dördüncü pillə qərarlaşıblar. Sonrakı yerlərdə “Beşiktaş” (44 xal), “Alanyaspor” (43 xal), “Fənərbağça” (40 xal) və digər komandalar gəlir. Çempionatın turnir cədvəlinin sonuncu pillələrində isə “Rizəspor” (25 xal), “Ankaragücü” (23 xal) və “Kayserispor” (22 xal) klubları yer alıblar.