“Paris Sen-Jermen” yarımmüdafiəçisi ilə yollarını ayırmağa qərar verib

A- A A+

Fransanın “Paris Sen-Jermen” futbol klubu Erik Şupo-Motinqlə yeni müqavilə imzalamayacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Paris təmsilçisi 31 yaşlı yarımmüdafiəçi ilə iyunun sonunda başa çatacaq müqavilənin müddətini uzatmayacaq. Futbolçu avqustda bərpası planlaşdırılan UEFA Çempionlar Liqasında oynamayacaq və azad agent olacaq.

Qeyd edək ki, Şupo-Motinq cari mövsümdə “Paris Sen-Jermen”in heyətində keçirilən 17 oyunda 5 qol vurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: