Azərbaycan güləşçisi Hacı Əliyev virtual yarışda növbəti qələbəsini qazanıb

A- A A+

Dünya Güləş Birliyinin (UWW) “Instagram” səhifəsində tanınmış 16 sərbəst güləşçi arasında virtual yarış davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, onlayn turnirdə üçqat dünya və Avropa çempionu Hacı Əliyev dörddəbir finalda italiyalı rəqibi Frank Çamizoya qalib gələrək yarımfinala adlayıb. İyirmi doqquz yaşlı idmançı finala yüksəlmək üçün ABŞ-dan olan Olimpiya və dünya çempionu Cordan Barrouza qalib gəlməlidir.

Qeyd edək ki, sonda ən çox səs toplayan güləşçi qalib olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: