İyunun 13-də futbol üzrə türkiyə Superliqasının XXVII turunun növbəti oyunları keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gün ərzində keçirilən qarşılaşmada "Beşiktaş" doğma meydanda "Antalyaspor"u qəbul edib. Matçda hesabı 15-ci dəqiqədə Antalya klubunun hücumçusu Sinan Gümüş açıb. Qonaqlar 35-ci dəqiqədə hesab arasındakı fərqi artırıblar. Amilton Silva komandasının ikinci qolunun müəllifi olub. Meydan sahibləri 68-ci dəqiqədə hesab arasındakı fərqi azaltsalar da məğlubiyyətdən xilas ola bilməyiblər.
Günün digər matçında "Yeni Malatyaspor" "Kasımpaşa"ya 1:2 hesabı ilə məğlub olub.
Turun digər oyunları iyunun 14 və 15-də keçiriləcək.
Türkiyə çempionatında hazırda "Trabzonspor" 56 xalla turnir cədvəlinin liderdir. Onunla eyni xala malik olan "Başakşəhər" ikincidir. "Qalatasaray" 50 xalla üçüncü, "Sivasspor" klubu isə 49 xalla dördüncü pillə qərarlaşıblar. Sonrakı yerlərdə "Beşiktaş" (44 xal), "Alanyaspor" (43 xal), "Fənərbağça" (43 xal) və digər komandalar gəlir. Çempionatın turnir cədvəlinin sonuncu pillələrində isə "Rizəspor" (25 xal), "Ankaragücü" (23 xal) və "Kayserispor" (22 xal) klubları yer alıblar.