İspaniya çempionatındakı fasilədən sonra ilk matçda “Barselona” böyük hesabla qələbə qazanıb

A- A A+

İyunun 13-də futbol üzrə İspaniya La Liqasının 28-ci turunun oyunları keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turnir cədvəlin lideri “Barselona” səfərdə “Malyorka” komandasını qəbul edib.

Görüş Kataloniya təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb - 4:0.

“Barselona”nın heyətində Arturo Vidal, Martin Braitvait, Jordi Alba və Lionel Messi fərqləniblər. Bu qələbədən sonra xal ehtiyatını 61-ə çatdıraraq turnir cədvəlində liderliyini möhkəmlədib. “Barselona”nın çempionluq yolunda əsas rəqibi sayılan “Real Madrid” bu gün Bakı vaxtı saat 21:30-da “Eybar” komandasını qəbul edəcək.

Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

“Sevilya” - “Real Betis” - 2:0;

“Qranada” - “Xetafe” - 2:1;

“Valensiya” - “Levante” - 1:1;

“Espanyol” - “Deportivo Alaves” - 2:0;

“Selta Viqo” - “Vilyareal” - 0:1;

“Leqanes” - “Real Valladolid” - 1:2.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: