Futbol üzrə İtaliya kubokunun yarımfinalında “Napoli” komandasının ötən gün “İnter” klubu ilə görüşü neapolluların belçikalı legioneri Dris Mertens üçün əlamətdar olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 1:1 hesabı ilə başa çatan görüşdə Dris Mertens matçın 41-ci dəqiqəsində rəqib qapısına yol taparaq “Napoli”nın heyətində 122-ci qolunu vurub. Bununla da o, Neapol təmsilçisinin heyətində ən çox qol vuran futbolçu olub. İndiyədək bu rekord slovakiyalı Marek Hamşikə aid olub. Bu siyahının üçüncü pilləsində əfsanəvi futbolçu Dieqo Maradona (115 qol) qərarlaşıb.