Türkiyə Superliqası: "Qalatasaray" səfərdə "Rizəspor"a məğlub olub

A- A A+

İyunun 14-də futbol üzrə Türkiyə çempionatının XXVII turu çərçivəsində keçirilən qarşılaşmada "Qalatasaray" səfərdə "Rizəspor"un qonağı olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Rizədə keçirilən qarşılaşmaya meydan sahibləri fəal başlayıblar. Matçın 42-ci dəqiqəsində "Rizəspor"un hücumçusu Milan Skoda hesabı açıb. Görüşün 53-cü dəqiqəsində isə Tunay Torun komandasının ikinci qolunu vurub. Oyunun 89-cu dəqiqəsində qonaqlar azlıqda qalıblar. Adəm Böyük kobud oyununa görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşıb. Beləliklə, "Qalatasaray" səfərdə "Rizəspor"a 2:0 hesabı ilə məğlub olub.

Günün digər qarşılaşmalarında "Gənclərbirliyi" doğma meydanda "Konyaspor"u 2:1 hesabı ilə məğlub edib. "Qaziantep"-"Ankaragücü" matçında isə qalib müəyyənləşməyib – 1:1.

XXVII tura bu gün "Sivasspor"-"Dənizlispor" görüşü ilə yekun vurulacaq.

Türkiyə çempionatında hazırda "Trabzonspor" 56 xalla turnir cədvəlinin liderdir. Ondan bir oyun az keçirmiş "Başakşəhər" 53 xalla ikincidir. "Qalatasaray" 50 xalla üçüncü, "Sivasspor" klubu isə 49 xalla dördüncü pillə qərarlaşıblar. Sonrakı yerlərdə "Beşiktaş" (44 xal), "Alanyaspor" (43 xal), "Fənərbağça" (43 xal) və digər komandalar gəlir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: