“Qalatasaray”ın qapıçısı Fernando Musleranın ayağı sınıb - FOTOLAR
“Qalatasaray” klubunun qapıçısı Fernando Muslera Türkiyə çempionatının 27-ci turunda səfərdə “Rizespor”la oyunda rəqib futbolçu ilə toqquşaraq iki yerdən ayağını sındırıb.
NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə mətbuatına istinadla xəbər verir ki, uruqvaylı qolkiperi dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırıblar.
Futbolçunun zədəsinin bərpa müddəti hələ məlum deyil.
Qeyd edək ki, “Qalatasaray” həmin oyunda 2:0 hesabı ilə məğlub olub.
“Qalatasaray” Türkiyə çempionatında aktivində 50 xalla üçüncü yerdədir. “Rizespor” isə 28 xalla 14-cü yerdə qərarlaşıb.