Futbol üzrə İtaliya A Seriyasının növbəti mövsümünün başlanma vaxtı müəyyənləşib

A- A A+

Futbol üzrə İtaliya A Seriyasının 2020-2021-ci il mövsümün başlama tarixi məlum olub.

NUHÇIXAN İnformasiya Agentliyi İtaliya mətbuatına istinadla xəbər verir ki, yeni mövsüm sentyabrın 12-də başlayacaq. Rəsmi təsdiq bu gün Liqa Şurasının iclasında veriləcək.

Qeyd edək ki, cari mövsüm koronavirus pandemiyasına görə iki aydan çox dayandırılıb. Mövsümün davamı iyunun 20-də nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: