İspaniyanın “Real Madrid” futbol klubunun yarımmüdafiəçisi Qaret Beyl zədələnib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 30 yaşlı uelsli yarımmüdafiəçi La Liqanın 28-ci turunda “Eybar”la matçda (3:1) əzələsindən problem yaşayıb.
Bu səbəbdən uelsli hücumçu iyunun 15-də komanda ilə məşq etməyib, fərdi qaydada çalışıb. Ancaq onun zədəsinin ciddi olmadığı və sabahkı məşqlərə kimi hazır olacağı gözlənilir.
Qeyd edək ki, Q.Beyl cari mövsümdə Madrid təmsilçisinin heyətində keçirdiyi 19 matçda üç dəfə fərqlənib.