“Golden Boy” mükafatına namizəd olan futbolçuların adları açıqlanıb

A- A A+

İtaliyanın “Tuttosport” nəşri 2020-ci ilin ən yaxşı 21 yaşadək futbolçusuna təqdim olunan “Golden Boy” mükafatına namizədləri açıqlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, birinci olaraq 100 oyunçudan ibarət siyahıda məşhur futbolçulardan Meyson Qrinvud (Mançester Yunayted), Eduardo Kamavinqa (Renn), Alfonso Devis (Bavariya), Anssumane Fati (Barselona), Filip Foden (Mançester Siti), Erlinq Holand, Ceydon Sanço (hər ikisi Borussiya" Dortmund), Kallum Hadson-Odoi (Çelsi), Takefusa Kubo (Malyorka, Reala məxsusdur), Daniel Maldini (Milan), Reyner (Real), Sandro Tonali (Breşiya), Ferran Torres (Valensiya) yer alıb.

Mükafata namizəd olacaq 20 futbolçudan ibarət yeni siyahı oktyabrın 15-i açıqlanacaq.

Qeyd edək ki, ötən il bu mükafatı “Atletiko”nun futbolçusu Joau Feliks qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: