İspaniyanın “Barselona” futbol klubu hücumçusu Ansu Fatinin transferi ilə bağlı İngiltərənin “Mançester Yunayted” komandasının ikinci təklifini rədd edib.
NUHÇIXAN İnformasiya Agentliyi İspaniya mətbuatına istinadla xəbər verir ki, Mançester təmsilçisi ikinci təklifində 17 yaşlı futbolçu üçün 150 milyon avro ödəməyə hazır olduğunu deyib.
Qeyd edək ki, “Mançester Yunayted”in A.Fatinin transferi ilə bağlı birinci təklifi 100 milyon avro idi. Hücumçu əsas komandada 2019-cu ildə debüt edib. Onun müqaviləsi 2022-ci il iyunun 30-dək qüvvədədir. A.Fati bütün turnirlərdə “Barselona”nın heyətində keçirdiyi 24 matçda 5 qol vurub və 1 məhsuldar ötürmə edib.