İyunun 16-da futbol üzrə Türkiyə kubokunun ilk finalçısının adına aydınlıq gətirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşündə "Fənərbağça" doğma meydanda "Trabzonspor"u qəbul edib. Matç qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə Trabzon təmsilçisinin qollarını Aleksandr Sorlot (6, 83) və Filip Novak vurub. İstanbul klubunun heyətində isə Dəniz Turuc (42) fərqlənib. Birinci matçda da 2:1 hesabı ilə qalib gələn "Trabzonspor" finala yüksəlib.
"Trabzonspor" finalda “Alanyaspor” - “Antalyaspor” cütlüyünün qalibi ilə qarşılaşacaq.