Bakının qadınlardan ibarət “Azərreyl” klubu heyətini yeni voleybolçu ilə gücləndirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yeni mövsümdən Çağırış kuboku yarışlarında mübarizə aparacaq Bakı təmsilçisi Anastasiya Bessonova ilə birillik müqavilə imzalayıb.
Yığmamızın üzvü daha əvvəl yerli klublarla yanaşı,
Sloveniyanın “Maribor” və Rumıniyanın “Alba” komandalarında da çıxış edib.
Daha öncə Bakı təmsilçisi sloveniyalı Moytsa Pene, rusiyalı Anastasiya Mertsalova və millimizin üzvü Kseniya Pavlenko ilə müqaviləni artırıb, slovakiyalı Romana Hudeçova və yığmamızın oyunçusu Yuliya Kərimova ilə birillik müqavilə imzalayıb.