İyunun 17-də koronavirus pandemiyasına görə dayandırılan futbol üzrə İngiltərə Premyer Liqası bərpa edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 29-cu turun təxirə salınmış görüşlərinin iki oyunu keçirilib.
Son çempion “Mançester Siti” öz meydanında “Arsenal” komandasını qəbul edib.
Görüş Mançester təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
“Şəhərlilər”in heyətində Rahim Sterlinq (45), Kevin de Brüyne (51) və Fil Foden (90) fərqləniblər. Qarşılaşmanın 50-ci dəqiqəsində “Arsenal” klubunun müdafiəçisi David Luiz qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Bu qələbədən sonra xal ehtiyatını 60-a çatdıran “Mançester Siti” turnir cədvəlində ikinci, “Arsenal” isə 40 xalla 9-cu yerdə qərarlaşıb.
Günün digər oyununda “Aston Villa” öz meydanında “Şeffild Yunayted” komandasını qəbul edib. Görüşdə qalib müəyyənləşməyib - 0:0
Qeyd edək ki, İngiltərə Premyer Liqasının 30-cu turunun oyunlarına iyunun 19-da start veriləcək.