İyunun 18-də futbol üzrə İspaniya La Liqasının 29-cu turun sonuncu görüşü keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, çempionluğa iddialı “Real Madrid” klubu doğma azarkeşlər önündə “Valensiya” komandasını qəbul edib.
Görüş madridlilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı meydan sahibləri qarşılaşmanın ikinci hissəsində açıb. Kərim Benzema Eden Azarın başladığı hücumu dəqiq zərbə ilə tamamlayıb. Qarşılaşmanın 74-ci dəqiqəsində Marko Asensio cinah ötürməsindən sonra qapıya dəqiq zərbə vurub. Matçın 87-ci dəqiqəsində Kərim Benzema yenidən fərqlənərək oyunda son nöqtəni qoyub. Oyunun son dəqiqələrində baş hakim “Valensiya” klubunun müdafiəçisi Kanq Leninə qırmızı vərəqə göstərərək meydandan kənarlaşdırıb.
Bu qələbədən sonra “Real Madrid” xal ehtiyatını 62-yə çatdıraraq turnir cədvəlində ikinci, “Valensiya” isə 43 xalla 8-ci yerdə qərarlaşıb.
Növbəti turda “Kral klubu “səfərdə “Real Sosyedad”, “Valensiya” isə öz meydanında “Osasuna” ilə qarşılaşacaq.
Qeyd edək ki, turnir cədvəlinə 64 xalla “Barselona” başçılıq edir. Katalonyalılar ötən gün öz meydanında “Leqanes” komandasını məğlub ediblər (2:0).