Şahmat üzrə “Online Chess Masters” rapid turnirinin A qrupunda ilk dövrənin oyunları keçirilib

A- A A+

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə seriya turnirinin üçüncü mərhələsi olan “Online Chess Masters” rapid turniri start götürüb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, onlayn formatda keçirilən turnirdə Azərbaycan şahmatçısı Teymur Rəcəbov da mübarizə aparır.

İyunun 20-də turnirin A qrupunun ilk dövrəsinin oyunları keçirilib. Yekun nəticəyə görə, ilk dövrənin oyunlarında rusiyalı Vladislav Artemiyev 3,5 xalla hamıdan üstün olub. Rusiya təmsilçisi Daniel Dubov 3, M.Karlsen, amerikalı Hikaru Nakamura hərəyə 2,5, daha bir rusiyalı şahmatçı Aleksandr Qrişuk 2, hindistanlı Pentala Harikrişna 1,5 xal toplayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: