Paytaxtın "Neftçi" futbol klubu 2020-2021-ci il mövsümü üçün birinci transferini rəsmiləşdirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Cabir Əmirli ilə 2 illik müqavilə bağlanıb. 23 yaşlı müdafiəçi “Neftçi”nin heyətində 2 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, bunadək "Keşlə"də keçirdiyi 4 mövsüm ərzində meydana çıxdığı 54 oyunda 1 qola imza atmış C.Əmirli Azərbaycan U-21 milli komandasında da çıxış edib.