Azərbaycan şahmatçısı Günay Məmmədzadə FIDE-nin təşkilatçılığı ilə keçirilən qadınlar arasında sürətli şahmat üzrə onlayn Qran-Pri turnirinin seçmə mərhələsində uğurla çıxış edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təmsilçimiz pley-off mərhələsində 21 oyundan 14 xal toplayaraq finala yüksəlib.
İyunun 24-də keçiriləcək finalda 21 şahmatçı mübarizə aparacaq. Belə ki, altı seçmə turnirin nəticəsində müəyyənləşəcək ən güclü 12 şahmatçı ilə yanaşı, reytinqi yüksək olan daha 9 zəka ustası finalda çıxış edəcək.