Qarışıq yay idman növləri üzrə Avropa çempionatının proqramına daha 4 idman növü daxil edilib

A- A A+

2022-ci il avqustun 11-dən 21-dək Almaniyanın Münxen şəhərində keçiriləcək qarışıq yay idman növləri üzrə Avropa çempionatının proqramına daha 4 idman növü daxil edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb. Məlumata görə, növbəti çempionatda veloidman, idman gimnastikası, triatlon və atletika üzrə yarışlar keçiriləcək.

Bir neçə gün əvvəl stolüstü tennis, çimərlik voleybolu, qayaya dırmanma və kanoe sprinti idman növlərinin yarışın proqramına daxil edildiyi açıqlanmışdı.

Yarışların əksəriyyəti Münxen şəhərinin Olimpiya Parkında və digər idman obyektlərində baş tutacaq.

Qeyd edək ki, ilk çempionata 2018-ci ildə Qlazqo və Berlin şəhərləri ev sahibliyi edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: