Bu gün “Chessable Masters” turnirində A qrupunun növbəti turları keçiriləcək

A- A A+

İyunun 22-də norveçli dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə keçirilən “Chessable Masters” turnirində A qrupunun növbəti beş turunun oyunları keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarışda Maqnus Karlsen, amerikalı Hikaru Nakamura, rusiyalı şahmatçılar Vladislav Artemiyev, Daniel Dubov, Aleksandr Qrişuk, hindistanlı Pentala Harikrişna mübarizə aparacaqlar.

A qrupunun ilk beş turunun oyunlarından sonra Vladislav Artemiyev 3,5 xalla liderdir.

Azərbaycan şahmatçısı Teymur Rəcəbov turnirin B qrupunda mübarizə aparır. Şahmatçımız artıq qrupun 5 turunda iştirak edib. Onun aktivində 1,5 xal var.

Bu yarış M.Karlsenin təşkilatçılığı ilə keçirilən seriya turnirinin üçüncü mərhələsidir. Seriya turnirinin birinci mərhələsi aprelin 18-dən mayın 3-dək keçirilib. “Magnus Carlsen Invitational” adlanan ilk turun qalibi norveçli dünya çempionu özü olub. Mayın 19-dan iyunun 3-dək keçirilmiş ikinci yarışda - “Lindores Abbey Rapid Challange” turnirində isə rusiyalı şahmatçı Daniel Dubov qələbə qazanıb.

Seriyanın dördüncü mərhələsi (Legends of Chess) iyulun 21-dən avqustun 5-dək təşkil ediləcək. Avqustun 9-dan 20-dək isə böyük final keçiriləcək. Beş yarışdan ibarət seriya turnirinin ümumi mükafat fondu 1 milyon ABŞ dollarıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: