Bolqarıstanda 2019/2020-ci il futbol mövsümünün qalibi müəyyənləşib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bolqarıstan çempionatının 27-ci turunda “Beroe”ni 2:1 hesabı ilə məğlub edən “Ludoqorets” çempionluğunu rəsmiləşdirib.
Komanda sona 4 tur qalmış ən yaxın izləyicisi Sofiya ÇSKA-sından 14 xal öndədir.
Razqrad təmsilçisi ardıcıl 9-cu dəfə ölkə çempionu olub.