Türkiyənin “Beşiktaş” futbol klubu 2020-2021-ci il mövsümü üçün birinci transferini reallaşdırıb.
NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul təmsilçisi “Alanyaspor”un müdafiəçisi Fabris Nsakala ilə anlaşıb. Klubu ilə müqaviləsi mövsümün sonunda başa çatan 30 yaşlı müdafiəçi “Beşiktaş”la 3 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Fabris Nsakala “Alanyaspor”da 2016-cı ildən çıxış edib. Afrikalı müdafiəçi cari mövsümdə Alanya təmsilçisinin heyətində keçirdiyi 25 oyunda iki məhsuldar ötürmə edib.