Türkiyənin "Beşiktaş" futbol klubu müdafiəçisi Caner Erkinlə yollarını ayırmaq qərarına gəlib.
NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə mətbuatına istinadla xəbər verir ki, 31 yaşlı müdafiəçi ilə klub arasında yeni müqavilə ilə bağlı razılıq əldə olunmayıb.
Qeyd edək ki, Türkiyə millisinin üzvü “Beşiktaş”da 2016-cı ildən çıxış edir.