La Liqa: “Real Madrid” çempionluq yolunda vacib qələbə qazanıb

A- A A+

İyunun 24-də futbol üzrə İspaniya La Liqasının 31-ci turun növbəti oyunu keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Alfredo Di Stefano” stadionunda baş tutan görüşdə “Real Madrid” klubu “Malyorka” komandasını qəbul edib.
Görüş Madrid təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Kral” klubunun heyətində Vinisius Junior və Serxio Ramos fərqləniblər.

Bu qələbədən sonra xal ehtiyatını 68-ə çatdıran “Real Madrid” liderliyini davam etdirir. “Malyorka” isə 26 xalla 18-ci yerdə qərarlaşıb.

Günün digər oyunlarında “Deportivo Alaves” öz meydanında “Osasuna”ya, “Real Sosyedad” isə “Selta Viqo”ya minimal hesabla (1:0) uduzub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: