Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi, gənclər və idman sahəsində həyata keçirilən tədbirlərin daha geniş işıqlandırılması məqsədilə bu ayın əvvəlində www.naxgin.az saytı yaradılıb. Saytın üst hissəsində isə Nazirliyin sosial şəbəkələrdəki səhifələri yer alır. Bu hissənin aktivləşdirilməsində məqsəd gəncləri maraqlandıran məsələlərlə bağlı müraciətlərinin asanlaşdırılması, məlumat əldə etməyin daha əlçatan olmasını təmin etməkdən ibarətdir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, saytda yenilik edilib. Artıq whatsapp istifadəçiləri də sayt üzərindən Nazirliyə müraciət edə bilərlər.