Avstraliya 2032-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi ilə bağlı namizədliyini irəli sürəcək
Avstraliya 2032-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi ilə bağlı namizədliyini bərpa edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu ölkənin Milli Olimpiya Komitəsinin prezidenti Con Kouts açıqlayıb.
Qurumun rəhbəri bildirib ki, Kvinslendin geri götürülən namizədliyini yenidən irəli sürmək zərurəti yaranıb. Martda koronavirus pandemiyası üzündən bu addımı atan Avstraliya iqtisadi böhrandan çıxış yolunu Olimpiada və Paralimpiadaya ev sahibliyi etməkdə görür.
C.Kouts qeyd edib ki, Olimpiada koronavirusla əlaqədar yaranan hazırkı vəziyyətdə Kvinslenddəki iş yerlərinə tələbatın yaranmasına və iqtisadiyyatın inkişafına təkan verə bilər.