Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” klubu daha bir oyunçunu transfer edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı təmsilçisi İspaniya milli komandasının şərəfini qoruyan Anna Nyusomu heyətinə qatıb. İyirmi üç yaşlı toppaylayıcı ilə bir illik müqavilə imzalanıb.
“Barselona”nın yetirməsi olan voleybolçu ilk peşəkar müqaviləsini də bu komanda ilə bağlayıb.
Qeyd edək ki, Bakı klubu Nyusomdan öncə sloveniyalı Moytsa Pene, rusiyalı Anastasiya Mertsalova və millimizin üzvü Kseniya Pavlenko ilə müqavilənin müddətini uzadıb. Klub slovakiyalı Romana Hudeçova, amerikalı Braun Kazmiere, yığmamızın oyunçuları Yuliya Kərimova və Anastasiya Bessonova ilə isə bir illik müqavilə imzalayıb.