Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkil etdiyi sürətli şahmat üzrə onlayn “Women's Speed Chess Championship” Qran-Pri turnirinin birinci mərhələsinin iyunun 26-da yarımfinal yarışları keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarışda Rusiya şahmatçıları Aleksandra Kostenyuk Anna Uşenina (Ukrayna), Valentina Qunina Vayşali Rameşbabu (Hindistan) ilə qarşılaşacaqlar.
Qeyd edək ki, Qran-Prinin birinci mərhələsində iştirak edən Azərbaycan şahmatçısı Günay Məmmədzadə onaltıdabir finalda A.Kostenyuka məğlub olaraq mübarizəni dayandırıb. Təmsilçimiz G.Məmmədzadə Qran-Prinin daha iki mərhələsində iştirak edəcək.
Qran-Pri 4 mərhələ üzrə keçiriləcək və 21 şahmatçının hər biri 3 mərhələdə iştirak edəcək. Qran-Pri mərhələlərində ən çox xal toplayan şahmatçılar superfinala vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də olacaq.