Türkiyə Superliqası: “Konyaspor” üç cavabsız qolla “Beşiktaş”a uduzub

A- A A+

Futbol üzrə Türkiyə çempionatının XXIX turunun birinci qarşılaşmasında “Beşiktaş” doğma meydanda “Konyaspor”u qəbul edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, maraqlı keçən qarşılaşmada meydan sahibləri qonaqların qapısından üç cavabsız qol keçiriblər. İstanbul klubunun qollarını Burak Yılmaz (40), Abdullay Diabi (45) və Jeremain Lens (52) vurub.

Bundan əlavə, turda iyunun 27-də “Fənərbağça” – “Yeni Malatyaspor”, “Göztəpə” – “Alanyaspor”, “Trabzonspor” – “Ankaragücü”, ertəsi gün isə “Rizəspor” – “Dənizlispor”, “Sivasspor” – “Kayserispor”, “Qaziantep” – “Antalyaspor”, “Başakşəhər” – “Qalatasaray” komandaları qarşılaşacaq. XXIX tura iyunun 29-da “Gənclərbirliyi” – “Kasımpaşa” görüşü ilə yekun vurulacaq.

Türkiyə çempionatında hazırda “Başakşəhər” 59 xalla turnir cədvəlinin lideridir. “Trabzonspor” 57 xalla ikincidir. “Sivasspor” 53 xalla üçüncü, “Qalatasaray” klubu isə 51 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə “Beşiktaş” (50 xal), “Alanyaspor” (44 xal), “Fənərbağça” (43 xal) və digər komandalar gəlir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: