Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən sürətli şahmat üzrə onlayn təşkil olunan “Women's Speed Chess Championship” Qran-Pri turnirinin birinci mərhələsinin yarımfinal yarışları keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarışda rusiya şahmatçıları Aleksandra Kostenyuk Anna Uşenina (Ukrayna), Valentina Qunina Vayşali Rameşbabu (Hindistan) ilə mübarizə aparıblar.
A.Uşenina V.Rameşbabunu 5,5:4,5, V.Qunina A.Kostenyuku 8:3 hesabla məğlub ediblər. Həlledici mərhələdə Rusiyalı şahmatçı Ukrayna təmsilçisi ilə mübarizə aparacaq. Final görüşləri iyunun 28-də keçiriləcək.
Qeyd edək ki, Qran-Prinin birinci mərhələsində iştirak edən Azərbaycan şahmatçısı Günay Məmmədzadə onaltıdabir finalda A.Kostenyuka məğlub olaraq mübarizəni dayandırıb. Təmsilçimiz G.Məmmədzadə Qran-Prinin daha iki mərhələsində iştirak edəcək.
Qran-Pri 4 mərhələ üzrə keçiriləcək və 21 şahmatçının hər biri 3 mərhələdə iştirak edəcək. Qran-Pri mərhələlərində ən çox xal toplayan şahmatçılar superfinala vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də olacaq.