Almaniya Bundesliqasında cari mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Münhenin “Bavariya klubunun hücumçusu Robert Levandovski ölkə çempionatında 2019-2020-ci il mövsümünün ən yaxşısı seçilib. O, bu mükafat uğrunda mübarizədə Serj Qnabri ("Bavariya"), Ceydon Sanço, Erlinq Holand (hər ikisi “Borussiya” Dortmund), Timo Verner (“Leyptsiq”) və Kay Havertzdən (“Bayer”) üstün olub.
Qeyd edək ki, R.Levandovski cari mövsümdə Bunsdesliqada keçirdiyi 30 matçda 33 qol vurub.