Futbolçu Aryen Robben karyerasını bərpa edir

A- A A+

Hollandiyalı futbolçu Aryen Robben Niderlandın "Qroninqen" klubunda karyerasını bərpa edəcək.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə klubun mətbuat xidməti bildirib.

Ötən ilin iyulunda A.Robben karyerasını bitirdiyini açıqlamışdı. 36 yaşlı futbolçu "Qroningenlə" birlikdə mövsüm öncəsi hazırlıqdan keçəcək. .

Qeyd edək ki, A.Robben Niderlandın "Qroningen" (2000-2002) və PSV (2002-2004), İngiltərənin "Çelsi" (2004-2007), İspaniyanın "Real" (2007-2009), Almaniyanın "Bavariya" (2009-2019) klublarında oynayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: