“Arsenal” futbol üzrə İngiltərə kubokunun yarımfinalına çıxıb

A- A A+

Londonun “Arsenal” klubu “Şeffild Yunayted” komandasını məğlub edərək futbol üzrə İngiltərə kubokunun yarımfinalına çıxıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şeffilddə keçirilən oyun londonluların 2:1 hesabı qələbəsi ilə başa çatıb. Matçın taleyini həll edən qol əsas vaxta əlavə edilmiş dəqiqələrdə (90+1) vurulub.

“Arsenal”ın yarımfinaldakı rəqibi bir qədər sonra püşkatma nəticəsində müəyyənləşəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: